“Zirə” son dəqiqə qolu ilə “Qəbələ”ni məğlub etdi – Videobackend

"Zirə" son dəqiqə qolu ilə "Qəbələ"ni məğlub etdi - Video

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, günün ikinci matçında “Zirə” komandası “Qəbələ”ni qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

“Zirə”nin heyətində 11-ci dəqiqədə Davit Volkov, 89-cu dəqiqədə isə Kris Diqbeu fərqlənib. Qonaqların heyətində İsmael Akinade 14-cü dəqiqədə qol vurub.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran “Zirə” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Qəbələ” isə 8 xalla 10-cu yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*