44 günlük müharibədə 303 erməni itkin düşübbackend

44 günlük müharibədə 303 erməni itkin düşüb

44 günlük müharibə nəticəsində Ermənistandan olan 303 nəfər itkin düşmüş hesab olunur.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Armenian News-NEWS.am” agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndə heyətinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunur ki, 4 ailə itkin düşmüş qohumlarının taleyinin aydınlaşdırılması üçün müraciət edib, 12 ailə isə yaxınlarının taleyindən xəbər tutub. 1990-cı illərdə baş vermiş münaqişə nəticəsində itkin düşmüş 66 nəfərin ailələri ilə 8 görüş təşkil edilib.

İtkin düşənlərin ailələri davamlı aksiyalar keçirsələr də, onları nə baş nazir, nə də müdafiə naziri qəbul etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*