backend

44 günlük müharibədə döyüşdən qaçan erməni zabit MÜHAKİMƏ OLUNUR

Ermənistan hüquq-mühafizə orqanları 44 günlük müharibə zamanı döyüş meydanından qaçaraq 20 əsgərin ölümünə səbəb olmuş artilleriya taborunun keçmiş qərargah rəisinə qarşı ittiham irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, mayor G.G. döyüş şəraitində xidmətə səhlənkar münasibətdə ittiham olunur.

2020-ci il oktyabrın 12-də Füzuli yaxınlığında gedən döyüşlər zamanı o, müdafiəni təşkil etmək və şəxsi heyətin köməyinə getmək əvəzinə, onları atəş altında qoyaraq QAZ 33081 markalı yük maşını ilə döyüş meydanından qaçıb./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*