Qazaxıstanın Kostanay vilayətində beş kənd demək olar ki, ləğv edilib.
KONKRET.AZ-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Kostanah regional məclisinin növbədənkənar iclasında deputatlar bölgənin inzibati-ərazi quruluşundakı dəyişikliklərə səs veriblər. Kostanay, Denisov, Auliekol və Karasu bölgələrində beş kəndin ləğv edilməsi qərara alınıb.
Beləliklə, Yanuşevka, Çebendovka, Kirova, Bratskoye, Kulensay kəndləri vilayətin xəritəsindən silinib. Rəsmilərin bildirdiyinə görə, bu kəndlərdə 50 nəfərdən az adam yaşayır. Yerdə qalan sakinlərin köçürülməsi ilə bağlı problemlərin də yaxın günlərdə həlli gözlənilir. Məsələn, Yanuşevka Kostanay bölgəsindəki Vladimirovkanın bir hissəsi, Kirova kəndi isə Auliekol bölgəsindəki Kuşmurun hissəsi olacaq.

