Putinlə Tramp nədən danışıblar?backend

Putinlə Tramp nədən danışıblar?

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Yaponiyanın Osaka şəhərində keçirilən G20 zirvə görüşünün nəticələrini müzakirə ediblər.  V.Putin amerikalı həmkarı ilə görüşdə ticarət, silahsızlanma və digər strateji mövzular haqqında danışıblar. Putin bu görüşün Helsinkidə başlayan müzakirələrin davamı kimi qiymətləndirib: “Helsinkidəki görüşümüzdən bu yana bir-birimizi görmədik. Doğrudur, bizim əməkdaşlarımız işləyiblər və bizə Helsinkidə razılaşdıqlarımıza davam etmək üçün yaxşı bir fürsət veriblər”, – deyə Rusiya prezidenti bildirib. Qeyd edək ki, G-20 sammiti 28-29 iyun 2019-cu il tarixləri arasında Osaka şəhərində keçirilir. Dünyanın 20 ən böyük milli iqtisadiyyatına malik ölkələrin nümayəndə heyətləri sammitdə iştirak edirlər. Vladimir Putin və Donald Tramp arasında ilk uzun müddətli görüş ötən ilin iyunun 16-da Helsinkidə keçirilib. Burada prezidentlər təxminən dörd saat danışıqlar aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*