Şəkidə 56 yaşlı qadını maşın vurub.
KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
Rayon sakini İbrahim Abdulsəlim idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Mənsimova Xəzəngül Həsənxan qızını vurub.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
