Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Bağırova Ofelya Heydər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və çanağın əziyi diaqnozu qoyulub.
