68 yaşlı kişi qan xərçəngi və HİV-dən SAĞALDIbackend

68 yaşlı kişi qan xərçəngi və HİV-dən SAĞALDI

ABŞ-da 68 yaşlı bir kişi qan xərçəngi və HİV-dən sağalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “NEJM” jurnalında məlumat dərc olunub.

Qeyd edilib ki, həmin şəxs həm qan xərçənginə, həm də HİV-ə qalib gələn ən yaşlı xəstədir.

Kaliforniyadan olan 68 yaşlı Paul Edmonds nadir genetik mutasiyaya malik kök hüceyrə müalicəsi yolu ilə xəstəliyi üstələyib.

Edmonds 31 ildən artıq HİV daşıyıcısı olub. Alimlər terapiya zamanı xəstənin HİV infeksiyasının yaşını və müddətini də nəzərə alıbar. Fəsadların yaranma ehtimalını azaltmaq üçün daha aşağı intensivlikli kimyaterapiyadan istifadə ediblər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*