7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaqbackend

7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

KONKRET.az xəbər verir ki, “Report”un Muğan bürosunun məlumatına görə, Xırmandalı qaz paylayıcı stansiyadan Bayraq meydanına qədər diametri 225 mm-lik, uzunluğu 9500 metr, Zəhmətabad kəndinə qədər olan məsafədə diametri 160 mm-lik uzunluğu 300 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması məqsədilə 25 avqust saat 10:00-dan işlər başa çatana qədər qaz təchizatı dayandırılacaq.

Qeyd olunan ərazilərdə yaşayan abonentlərə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*