8 Mart gününün hava proqnozu açıqlandıbackend

8 Mart gününün hava proqnozu açıqlandı

Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*