80 il əvvəl atılmış bombaya görə 20 000 nəfər təxliyə edildibackend

80 il əvvəl atılmış bombaya görə 20 000 nəfər təxliyə edildi

Almaniyanın Frankfurt şəhərinə İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə 20 000 nəfər müvəqqəti təxliyə edilib.

KONKRET.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Frankfurtun yanğınsöndürmə xidməti məlumat yayıb.

ABŞ ordusunun atdığı aviabomba Frankfurt Universitetinin yaxınlığında qazıntı işləri zamanı aşkar edilib. Xilasedicilər partlayıcını sabah zərərsizləşdirəcək. Əməliyyat bitənədək sakinlərin evlərinə qayıtmasına icazə verilmir.

Almaniya ərazisində tikinti işləri zamanı  hər il 2 dünya müharibəsindən qalmış onlarla partlamamış sursat aşkar edilir. 2017-ci ildə Frankfurtda 1,5 tonluq aviabombanın zərərsizləşdirilməsi zamanı 65 000 nəfər təxliyə edilmişdi. Ötən il isə Münxendə Birinci Dünya Müharibəsindən qalan bombanın partlaması nəticəsində 4 nəfər yaralanmış, dəmir yolunda hərəkət dayandırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*