backend

9 ayda əhaliyə nə qədər pensiya və sosial müavinət ödənilib? - RƏSMİ AÇIQLAMA

9 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KONKRET.az-a bildirilib ki, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-sentyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Bu təminat növləri üzrə əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8 faiz və ya 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat ödənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*