9 ildən sonrakı TELEFON ZƏNGİ və Türkiyə ilə İsrailin Yaxın Şərqə NƏZARƏT ERASI – ŞƏRHbackend

9 ildən sonrakı TELEFON ZƏNGİ və Türkiyə ilə İsrailin Yaxın Şərqə NƏZARƏT ERASI - ŞƏRH

Əgər İsrail hakimiyyətinə qayıdan Benyamin Netanyahu Türkiyə ilə normallaşan münasibətləri möhkəmləndirsə, iki ölkə Yaxın Şərqdəki stabilliyə nəzarət edə biləcək.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı israilli və türk ekspertlərin şərhlərini analiz edəndə belə qənaətə gəlmək olur.

İsraildə yeni hökuməti qurmaq tapşırığı alan “Likud” partiyasının lideri Benyamin Netanyahu noyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda baş verən terror aktına görə başsağlığı verib. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub. Türkiyə lideri İsraildəki seçki nəticələrinin ölkə və region üçün xeyirli olmasını arzulayıb.

Başsağlığı və təbrikin pərdəarxası

Politoloq Yuri Boçarov bildirib ki, liderlər arasında daha əvvəlki telefon danışığı 9 il öncəyə söykənir.

“Netanyahunun Ərdoğana başsağlığı verməsi, Türkiyə liderinin Benyamini seçilməsi ilə təbrik etməsi hər iki tərəfin əməkdaşlıqda maraqlı olduğunun işarəsidir. İki ölkə arasında müdafiə nazirlikləri, kəşfiyyat səviyyəsində də təmasların yaranması regiondakı təhlükəsizliyə hesablanıb”.

Ankara Universitetinin professoru Toğrul İsmayıl Türkiyə-İsrail münasibətlərinin yaxşılığa doğru dəyişdiyini deyib:

“Bu yaxınlaşmaya bölgədəki mövcud geosiyasi durum da səbəbdir. Əlaqələrin nə dərəcədə möhkəm olacağı isə İsrailin Yaxın Şərq siyasətindən asılı olacaq”.

Sonda qeyd edək ki, sözügedən yaxınlaşmadakı körpü Azərbaycandır. Rəsmi Bakının son iki qərarı isə Türkiyə-İsrail əməkdaşlığını daha da möhkəmləndirəcək:

1. Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qanun layihəsi Milli Məclisdə qəbul edilib;

2. Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin təsis edilməsi haqqında qanun layihəsi Milli Məclisdə qəbul edilib;

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*