Türkiyənin keçmiş Prezidenti Abdullah Gül prezident və parlament seçkilərində xanımı Hayrünnisa Gül ilə birlikdə səs vermədə iştirak edib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbulda səs verib.
Sabiq prezident səsvermədən sonra jurnalistlərin suallarını cavablandırarkən bütün namizədlərə uğurlar arzulayıb.