Abenin dəfn mərasimində Rusiyadan bu şəxs iştirak edəcək – FOTObackend

Abenin dəfn mərasimində Rusiyadan bu şəxs iştirak edəcək - FOTO

Yaponiyanın sabiq baş naziri Sindzo Abenin dövlət dəfn mərasimində Rusiya tərəfdən Prezidentin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı gözlənilir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yaponiya diplomatik missiyasından bildirilib ki, dəfn mərasimində 217 ölkədən nümayəndələr iştirakı edəcək. Mərasimdə ABŞ-ı vitse-prezident Kamala Harris təmsil edəcək. Hindistanın Baş naziri Narendra Modi, Kanadanın Baş naziri Castin Trüdo, Şri-Lanka Prezidenti Ranil Vikramasinqe də mərasimdə iştirak edəcək.

Qeyd edək ki, Sindzo Abe iyulun 8-də Nara prefekturasında mitinqdə çıxış edərkən öldürülüb. O, iyulun 12-də kremasiya edilib. Abenin dövlət dəfn mərasimi sentyabrın 27-də Tokioda, İmperator sarayının yaxınlığında yerləşən “Budokan” idman arenasında keçiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*