ABŞ 125 min qaçqın qəbul edəcəkbackend

ABŞ 125 min qaçqın qəbul edəcək

ABŞ Prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün qaçqın qəbulu limitini 125 min səviyyəsində saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İnsan haqları müdafiəçiləri Bayden administrasiyasını Qaçqınların Qəbulu Proqramını bərpa etmək üçün daha çox iş görməyə çağırıblar.

Bildirilir ki, 30 sentyabrda başa çatan bu maliyyə ilinə qədər ABŞ 20 mindən az qaçqın qəbul edib. Bu rəqəmə ABŞ-a sadələşdirilmiş qayda ilə gələn 180 minə yaxın ukraynalı və əfqan daxil deyil.

Qeyd edilib ki, Birləşmiş Ştatlar səfərbərlikdən qaçan Rusiya vətəndaşları üçün sığınacaq müraciətlərinə fərdi qaydada baxmaq niyyətindədir.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer  bildirib ki, təqiblərdən qaçmaq istəyən hər kəs, milliyyətindən asılı olmayaraq, ABŞ-a sığınacaq üçün müraciət edə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*