ABŞ-da Azərbaycan vətəndaşı HƏBS EDİLDİ – FOTObackend

ABŞ-da Azərbaycan vətəndaşı HƏBS EDİLDİ - FOTO

FTB tanınmış iranlı hüquq müdafiəçisi və jurnalist Məsih Əlinejadı öldürməyə cəhddə şübhəli bilinən Azərbaycan vətəndaşı Xalid Mehdiyevi həbs edib.

KONKRET.az-ın məlumatına görə, 23 yaşlı X.Mehdiyev iki dəfə hüquq müdafiəçisinin Bruklin ərazisindəki evinin qarşısında görüntülənib. Müşahidə kameraları  şübhəli şəxsin görüntüsünü qeydə alıb.

Daha əvvəllər Mehdiyev Əlinejadın evində giriş qapısını sındırmağa cəhd edib.

Hüquq müdafiəçisinin özü də FTB-nin yaydığı xəbəri təsdiqləyib.

“Şəkil mənim evimin giriş qapısındakı müşahidə kameralarının videoyazısından götürülüb. Mən bura Amerikaya təhlükəsiz yaşamaq üçün gəlmişəm. Əvvəlcə məni qaçırmağa cəhd etdilər. Və burada dolu silahla evimə soxulmağa çalışan bir adam görürəm. Bu, məni şoka salır”, – deyə Əlinejad bildirib.

Qeyd edək ki, İran mediasında bu gün yayılan məlumata görə, Xalid Mehdiyev Məsih Əlinejadın həyətinə daxil olub, evinin qapısına doğru irəliləyərkən polislər tərəfindən saxlanılıb. Həbs edilən şəxsin avtomobilində isə döyüş silahı aşkar edilərək götürülüb.

Mehdiyevin vəkili Stefani Karvlin şərh verməkdən imtina edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*