ABŞ-da fövqəladə vəziyyət elan edildibackend

ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-nin cənub ştatlarında baş verən təsirli tornadolar nəticəsində Missisipidə 25, Alabamada isə 1 nəfər həlak olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Missisipi Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Bildirilib ki, 1 gündə baş verən 10-dan çox tornado şəhərləri məhv edib:

“Mississipi 24 mart 2023-cü il gecəsi ştatı bürümüş dağıdıcı və ölümcül qasırğalarla mübarizəni davam etdirir. Hazırda ölənlərin sayı 25-ə çatıb və onlarla insan yaralanıb”.

Tornadoların təsirli olduğu Alabama ştatında isə Morgan bölgəsinin Fövqəladə Hallar İdarəsindən 1 nəfərin öldüyü barədə açıqlama verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*