ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilib ki, Floridada 83 nəfərin və Şimali Karolinada 4 sakinin ölümü təsdiqlənib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, dördüncü kateqoriyalı “İen” qasırğasının Florida ştatına vurduğu zərərin aradan qaldırılması üçün illər tələb olunduğu bildirilir. Ştatda 630 mindən çox istehlakçı işıqsız qalıb.
