Kaliforniyanın Oklend şəhərində məktəb binasında atışma baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli “ABC7 News” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Atışma Oklendin Fonteyn küçəsində yerləşən məktəb binasında baş verib.
Yerli polis atəş açan şəxs barədə açıqlama verməyib.
Telekanalın məlumatına görə, şübhəli şəxs hadisə yerindən qaçıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
İqbal Rzayev,
KONKRET.az
