backend

ABŞ-dan Azərbaycana turist axını çoxalıb

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş keçirib.

Agentlikdən KONKRET.az-a verilən məlumata görə, heyətin ölkəyə səfəri ABŞ-ın Azərbaycandakı, Azərbaycanın ABŞ-dakı səfirliklərinin, “Azərbaycan Hava Yolları”nın (AZAL) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub.

Məqsəd Bakı-Nyu York reysinin fəaliyyətinə təkan vermək, ABŞ-da Azərbaycanın turizm potensialı haqqında məlumatlılığı artırmaq və turizm sahəsində özəl sektor nümayəndələri arasında əlaqələr qurmaqdır.

Görüş zamanı qonaqlara Azərbaycanda yəhudi irsi barədə, həmçinin ölkənin multikulturalizm siyasəti və Azərbaycan xalqının tolerantlıq ənənələri haqqında geniş məlumatlar verilib. Fuad Nağıyev tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini fərqləndirən gözəl bir ənənə halına gəldiyini bildirib. Xarici qonaqlar, öz növbələrində, ABŞ-da Azərbaycan haqqında təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.

Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər. Qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*