ABŞ-dan Rusiyaya XƏBƏRDARLIQ: “Sentyabrın 7-də “Minuteman III” raketləri sınaqdan keçiriləcək”backend

ABŞ-dan Rusiyaya XƏBƏRDARLIQ: "Sentyabrın 7-də "Minuteman III" raketləri sınaqdan keçiriləcək"

ABŞ “Minuteman III” ICBM-ni sınaqdan keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Amerika Hərbi Departamentinin bəyanatına görə, sursatın buraxılışı sentyabrın 7-də baş tutacaq.

Həmçinin ABŞ Silahlı Qüvvələrinin nümayəndələri qeyd ediblər ki, Rusiya tərəfi bu sınaqlarla bağlı bildiriş alıb.

Qeyd edək ki daha öncə analitiklər Amerikanın “Minuteman III” raketinin buraxılışını Pentaqonun nüvə qüvvələrinin nümayişi adlandırıblar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*