ABŞ-dən Qırğızıstana KRİTİK XƏBƏRDARLIQbackend

ABŞ-dən Qırğızıstana KRİTİK XƏBƏRDARLIQ

Yanvarın sonunda ABŞ dövlət katibi Antoni Blinken Qırğızıstanın Baş naziri Sadır Japarova rəsmi məktub yazaraq xarici agentlərlə bağlı qanun layihəsindən narahatlığını ifadə edib.

KONKRET.az xəbər verir ki, o, rəsmi məktubda Qırğızıstan demokratiyası üçün təhlükələr barədə Bişkeki xəbərdar edib.

“Mən Qırğızıstan Parlamentinə təqdim olunan, qeyri-hökumət təşkilatlarına ağır mülki və cinayət cəzası verəcək qanun layihəsi ilə bağlı narahatlığımı bildirmək üçün yazıram”, – deyə Dövlət Departamentinin rəhbəri yazıb.

“Vaşinqton bu cür qanunların nəticələrini digər ölkələrin təcrübəsindən bilir və müvafiq hüquqi normalar qəbul olunarsa, Bişkekə beynəlxalq dəstək azalacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində Qırğızıstan parlamenti “Qeyri-kommersiya təşkilatları (QHT) haqqında” qanuna dəyişiklik təşəbbüsü ilə çıxış edib. Deputat Nadira Narmatova qanunvericiliyin “xarici agent” termini ilə genişləndirilməsini və xaricdən maliyyə alan QHT-lərin reyestrinin aparılmasına başlanılmasını təklif edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*