ABŞ diplomatları Fransa nümayəndələrinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının iclasını tərk edibbackend

ABŞ diplomatları Fransa nümayəndələrinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

ABŞ nümayəndə heyəti Ukrayna məsələsi üzrə BMT Təhlükəsizlik Şurasının iclası zamanı Fransa diplomatlarına söz veriləndə zalı tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Səbəb Fransanın BMT nəzdindəki nümayəndəliyinin ABŞ-ı keçmiş “insan hüquqları mayakı” adlandırdığı paylaşımı olub.

“Vaxtilə ABŞ insan hüquqları mayakı idi. Artıq deyil. Bu gün onlar təcrid olunub, Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə bir sırada dayanır. Dünya artıq onları dinləmir”,

— Fransa nümayəndəliyinin paylaşımında deyilirdi.

Beləliklə, Fransa diplomatları Vaşinqtonun Folker Türkün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə yenidən seçilməsinə qarşı səs vermək qərarına münasibət bildiriblər. Onun namizədliyini 144 ölkə dəstəkləyib, 10 ölkə əleyhinə səs verib.

Zala qayıtdıqdan sonra ABŞ-ın baş nümayəndəsinin müavini Den Neqrea Fransanı “səmimiyyətsiz pozerlik”də ittiham edib və ABŞ-ın artıq onun “siyasiləşdirilmiş cəfəngiyyatına” qulaq asmaq niyyətində olmadığını bildirib, həmçinin ölkənin “bütün dünya üçün azadlıq mayakı” olaraq qaldığını vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*