ABŞ Dövlət Departamentindən Azərbaycana ÇAĞIRIŞ – “Bütün əsirləri Ermənistana qaytarın”backend

ABŞ Dövlət Departamentindən Azərbaycana ÇAĞIRIŞ – “Bütün əsirləri Ermənistana qaytarın”

ABŞ Dövlət Departamenti Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Azərbaycanı bütün əsirləri ( diversant) Ermənistana qaytarmağa çağırıb. Eyni zamanda Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı bütün razılaşmalara tam əməl etməyə səsləyib:

“Biz bütün məhbusların geri qaytarılmasına, itkin düşənlərin tam qeydiyyata alınmasına, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsinə çağırırıq” – deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Bəyanatda qeyd olunub ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təmin edilməsində maraqlıdır. Ermənistan və Azərbaycanın Minsk Qrupunun həmsədrliyi ilə tərəflərin qarşılıqlı fəaliyyəti davam etdirməsini vacib hesab edir. Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmağın vacibliyi vurğulanır.

Görünür ABŞ hökuməti ara-sıra bu cür açıqlamalar verməklə, Cənubi Qafqazda varlığını nümayiş etdirmək istəyir. Eyni zamanda Minsk Qrupunun fəaliyyəti və erməni diversantların qaytarılması məsələsini ortaya atmaqla Azərbaycana qarşı qərəz sərgiləyir. Amma bütün yarımçıq qalan məsələlər və atılacaq addımlar haqda yalnız Azərbaycan və Ermənistan tərəfi müzakirələr aparır. Bu məsələ isə sadəcə region dövlətlərinin (xüsusən Rusiya, Türkiyə) vasitəçiliyi ilə həyata keçirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Ramil
    Noyabr 9, 2021 - 16:07

    Dünyada ən ədalətsiz ölkələrin başında ABŞ gəlir.Çunki 30 il idi ki erməni faşizmi 1500-dən çox Azərbaycanlı əsiri qaytarmadı.Çox öldürüldü bir çoxunu orqanları xaricə satıldı qadınların çoxu kölə kimi istifadə edildi ya satıldı. Onda ABŞ departamenti niyə səsini çıxartmırdı?

  • Alpaslan
    Noyabr 9, 2021 - 16:12

    Gör nə qədər ədalətsiz dünyada yaşayırıq ki 5-10 dənə erməni terroristi qaytarmaq üçün ABŞ departamenti çağırış edir. Bəs vəhşi kimi öldürülən Azərbaycanlı əsirlərin hesabını kim verecek.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*