ABŞ əsgərləri bu ölkəyə pasportsuz daxil olacaqlarbackend

ABŞ əsgərləri bu ölkəyə pasportsuz daxil olacaqlar

İmzalanması yaxın günlərdə açıqlanacaq Finlandiya-ABŞ Müdafiə Əməkdaşlıq Sazişi (DCA) Amerika hərbçilərinin Finlandiyaya sənədsiz daxil olmasına imkan verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” məlumat verib.

Müqaviləyə əsasən, ABŞ əsgərləri Finlandiyaya tam sərbəst gəlib qala bilərlər. Məqalədə deyilir ki, xüsusilə, onlara pasport və ya viza lazım deyil. Nəşrin məlumatına görə, onları müşayiət edən mülki işçilərə pasportla yanaşı, hərbi bilet də lazımdır.

Bildirilir ki, saziş oktyabrın 31-də imzalanacaq.

Qeyd olunur ki, Amerika qoşunlarının Finlandiya sərhədləri yaxınlığında yerləşdirilməsi planlaşdırılmır. //publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*