ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, 1 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı ABC nəşri yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18E/F Super Hornet təyyarəsi cümə günü, iyunun 3-də ABŞ-ın Kaliforniya ştatındakı Moxave səhrasında qəzaya uğrayıb.
Mənbə pilotun öldüyünü yazıb.
Yanğınsöndürənlər və hərbçilər hadisə yerinə gəlib. Qəzanın hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.
Roman Göytürk,
KONKRET.az
