Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşıbackend

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 53 mandat qazansa da, hökumət qurmaq üçün lazımi dəstəyi əldə edə bilməyib. Müxalifət düşərgəsinin lideri Benni Qantzın isə ərəb partiyalarının dəstəyi ilə hakimiyyətə gəlmək imkanının olduğu bildirilir.

Bəs mövcud siyasi vəziyyətdə İsraildə yeni hökumət necə formalaşacaq? Netanyahu hakimiyyəti itirə bilərmi, yoxsa ölkəni yenidən növbədənkənar seçkilər gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, İsraildə seçkilər kifayət qədər gərgin keçib və mövcud mandat bölgüsü Netanyahunun hökumət formalaşdırmasını çətinləşdirib.

Oqtay Qasımov FHN-də baş verən olaylardan DANIŞDI: “Əlbəttə ki, bu  məsələlər…” | Azərbaycandan və dünyadan xəbərlər - Demokrat.az

Onun sözlərinə görə, Likud partiyası 53 yer qazansa da, bu nəticə hakim koalisiyanı qurmaq üçün kifayət etmir. İsrail prezidentinin də hökumətin Netanyahu deyil, müxalifət nümayəndəsi Benni Qantz tərəfindən formalaşdırılmasının tərəfdarı olduğu bildirilir.

Siyasi şərhçi qeyd edib ki, Qantzın rəhbərlik etdiyi blok 48 mandata sahibdir və ərəb partiyalarının dəstəyini qazanmaqla hökumət qurmaq şansını artıra bilər:

“Netanyahu ilə müqayisədə ərəb partiyalarının Qantzı dəstəkləməsi ehtimalı daha yüksəkdir. Əgər 19 mandata sahib ərəb partiyaları ona dəstək versələr, hesab edirəm ki, müxalifət yeni koalisiya formalaşdıraraq hökuməti qurar”.

Oqtay Qasımovun fikrincə, ərəb partiyalarının Qantzı dəstəkləməməsi halında isə İsraildə siyasi proseslər tamamilə fərqli istiqamətdə inkişaf edər. Belə olan təqdirdə, müxtəlif siyasi qüvvələrin iştirakı ilə azlıq hökumətinin yaradılması variantı gündəmə gələ bilər. Lakin belə bir hökumətin uzun müddət fəaliyyət göstərməsi real görünmür.

Şərhçi hesab edir ki, tərəflər arasında razılıq əldə olunmasa, İsrail yenidən növbədənkənar parlament seçkilərinə getmək məcburiyyətində qala bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*