ABŞ-ın Rusiya ilə bağlı “gizli planı” var.
KONKRET.az xəbər verir ki, bu barədə “Judging Freedom” yutub kanalına siyasi şərhçi Skott Horton bildirib.
O Əfqanıstandakı münaqişəni xatırladaraq bildirib ki, o zaman ABŞ Üsamə bin Ladeni dəstəkləyib və bunun nəticəsində SSRİ-ni dağıtmaq mümkün olub.
Skott Horton əlavə edib ki, Vaşinqton Moskva və Kiyev arasında danışıqların qarşısını almaq, həmçinin Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmaq istəyir.
“Biz danışıqlar istəmirik, Ukraynadakı münaqişəni uzatmaqla Rusiyanı zəiflətmək istəyirik”, – ekspert bildirib.
İqbal Rzayev,
KONKRET.az