ABŞ İrana görə Çinə təzyiqi ARTIRIRbackend

ABŞ İrana görə Çinə təzyiqi ARTIRIR

Vaşinqton İranın Çinə neft ixracından narahatdır və tədarükün dayandırılması üçün Pekinə təzyiqi artıracaq.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“ABŞ İranın neft ixracını dayandırmaq və digər ölkələri idxaldan çəkindirmək üçün lazımi addımları atacaq. Biz İrana qarşı sanksiyalarımızı, o cümlədən neft ticarətinə qoyulan məhdudiyyətləri yumşaltmamışıq. ABŞ Çinə fokuslanıb və bu, tamamilə düzgün qərardır”, – o deyib.

Qeyd edək ki, 2018-ci ildə ABŞ nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehrana qarşı ən geniş sanksiyaları tətbiq edib.

Nəşrin məlumatına görə, məhdudiyyətlərə baxmayaraq, İran neftinin tədarükü son aylarda artıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*