ABŞ İranla əlaqəli 8 şirkətə sanksiya TƏTBİQ ETDİbackend

ABŞ İranla əlaqəli 8 şirkətə sanksiya TƏTBİQ ETDİ

ABŞ Maliyyə Nazirliyi altı şirkət və bir gəmini İranla əlaqələrə görə sanksiya siyahısına daxil edib.

KONKRET.az ”Tesnim”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Nazirliyin verdiyi açıqlamada bildirilib ki, sanksiyalar Fars Körfəzi Neft-Kimya Sənayesi Korporasiyasının Şərqi Asiyaya neft və neft-kimya məhsullarının satışını asanlaşdırmaq üçün istifadə etdiyi şirkətləri hədəf alıb.

Qeyd edək ki, iyulun 15-də ABŞ hökuməti 2 nəfər, 13 şirkət və 2 neft tankerinin adını sanksiya siyahısına əlavə edib. Vaşinqton bu şəxslərin İran şirkətlərindən Şərqi Asiyaya neft və neft-kimya məhsullarının satışını asanlaşdırmaq üçün saxta şirkətlərdən istifadə etdiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*