ABŞ İsrailin bütün cinayətlərinə görə məsuliyyət daşıyır – Əli Şamxanibackend

ABŞ İsrailin bütün cinayətlərinə görə məsuliyyət daşıyır - Əli Şamxani

ABŞ İsrailin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır.

KONKRET.az xəbər verir ki, bunu İslam İnqilabı liderinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani deyib.

“ABŞ-ın regionda genişmiqyaslı mövcudluğu sübuta yetirilib.Vaşinqton bütün cinayətlərə görə cavabdehdir”, – deyə Şamxani bildirib.

ABŞ ölkələri Qəzza xalqına kömək etməkdən çəkindirir, eyni zamanda, onlar özləri misli görünməmiş hərbi, kəşfiyyat, maliyyə və media dəstəyi verirlər.

“Bəzi dövlətlər məzlum Fələstin xalqının soyqırımı ilə nəticələnəcək bu proseslə razılaşa bilər, lakin dünyanın azad insanları və Müqavimət qüvvələri fələstinlilərə qarşı borcunu yerinə yetirəcək”, – Şamxani əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*