ABŞ “Kaspersky”-ni qadağan edəcəkbackend

ABŞ "Kaspersky"-ni qadağan edəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Amerika özəl şirkətləri və vətəndaşlarına Kaspersky Lab tərəfindən hazırlanmış proqram təminatından istifadəni qadağan edən fərman verəcək. Beş Amerika rəsmisi bu məlumatı təsdiqləyərək qadağanı “milli təhlükəsizlik səbəbləri” ilə izah edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ilin əvvəlindən ABŞ Daxili Təhlükəsizlik Departamentinin şirkətin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinə dair əsaslı şübhələri var. Məhz bu səbəbdən Kaspersky Lab məhsullarının federal qurumlarda istifadəsi qadağan edilib. Ancaq indiyədək bu, fiziki şəxslərə və şirkətlərə təsir etməyib. CNN-in məlumatına görə, yeni qadağa ABŞ Ticarət Nazirliyi tərəfindən tətbiq ediləcək.

CNN mənbələrinin məlumatına görə, fərman hazırlanma mərhələsindədir, lakin onun qəbulu bu ayın əvvəlində elan edilə bilər. Nəticədə, müəyyən Kaspersky Lab məhsulları və xidmətləri artıq ABŞ-da mövcud olmaya bilər. Mənbələr həmçinin antivirus proqramlarından istifadənin mümkün qadağasını qeyd ediblər. Ağ Evin məqsədi ABŞ-ın kritik infrastrukturu üçün riskləri azaltmaqdır.

ABŞ səlahiyyətlilərinə görə, Kaspersky Lab-da saxlanılan məlumatlar Rusiya hakimiyyəti tərəfindən haker hücumları və ya Amerika şirkətləri və vətəndaşlarına casusluq üçün istifadə edilə bilər. 2017-ci ildə şirkət ABŞ-ın qadağasından məyus olduğunu bildirib. Çünki Rusiya kəşfiyyat orqanları ilə əlaqələrə dair sübut təqdim edilməyib bu baxımdan deyilən iddiaların heç bir əsası yoxdur.

Qeyd edək ki, “Kaspersky Lab”ın ABŞ-ın öz seqmentdində bazardakı payı 2016-cı ildə 4,3% təşkil edib, 2017-ci ildə isə 3,8%-ə düşüb. Hazırda şirkətin məhsullarından dünya üzrə 400 milyondan çox insan və 240 min şirkət istifadə edir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*