ABŞ Koreya yarımadasında nüvə silahından istifadə etməyə HAZIRDIRbackend

ABŞ Koreya yarımadasında nüvə silahından istifadə etməyə HAZIRDIR

ABŞ Cənubi Koreyanı qorumaq üçün adi və nüvə silahlarından istifadə etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Koreya Respublikasının müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmaz olaraq qalır. Biz adi və nüvə silahları, eləcə də raketdən müdafiə imkanları daxil olmaqla, ABŞ-ın bütün hərbi imkanlarından istifadəni nəzərdə tutan öhdəliyə qətiyyətlə sadiqik”, – Lloyd deyib.

Bundan əlavə, Ostin Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Sop ilə birgə mətbuat konfransında ABŞ-ın respublikanı qorumaq öhdəliyini bir daha təsdiqləyib.

O bildirib ki, KXDR 2022-ci ildə görünməmiş sayda təxribat törədib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya nümayəndələri təlimlərin əhatə dairəsini genişləndirmək barədə də razılığa gəliblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*