ABŞ ordusu yeni nəsil robot döyüşçüləri istehsal edəcək şirkətləri müəyyən edib.
KONKRET.az xəbər verir ki, “Qinetiq North” və “Textron” şirkətləri yüngül və orta ölçülü robot qırıcıların istehsalını öhdəsinə götürüb.
Müqaviləyə görə, dörd yüngül və dörd orta ölçülü tanka bənzər robot qırıcı istehsal ediləcək. Pilotsuz robotlar 2021-ci ildə sınaqdan keçiriləcək.
General Ross Coffman bildirib ki, robotlar, sahədəki əməliyyatları kökündən dəyişdirmək üçün böyük bir potensiala sahibdir. O, robortların düşmənin nüvə, kimyəvi, bioloji, radioloji silahlarını müəyyən etmək və yerləşdiyi mövqelər haqda məlumat vermək üçün istifadə ediləcəyini deyib.
Redaktor.az