ABŞ Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu formatında həlli üçün keçiriləcək görüşlərdə iştirak etmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi TASS-a açıqlamasında deyib.
“ABŞ-ın mövqeyi aydındır və dəyişməyib: hər iki tərəf hərbi əməliyyatları dayandırmalı və ən qısa müddətdə danışıqlara qayıtmaq üçün Minsk Qrupu həmsədrləri ilə işə başlamalıdır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq hər iki tərəfə kömək etməyə sadiq qalır”, – Dövlət Departamentinin nümayəndəsi bildirib.
Qeyd edək ki, Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqların oktyabrın 8-də Cenevrədə və oktyabrın 12-də Moskvada planlaşdırıldığını elan etmişdi.axar.az

Minsk qrupu yoxsa turist qrupu?
26 ildi gəldilər getdilər bir pox yiyə bilmədilər. paşinyan nə sizi sayır nə BMT -ni sayır. nə də cenevrə konvensiyasına əməl edir . Bu tülkü paşinyana heç kim irad tutmur əksinə hə fransa prezidenti ona bilərəkdən dəstək verir.Dünyada böyük ədalətsizlik var.
Qafqazda terrorun kökü kəsilməlidir.
ermənilər iddialarından əl çəkməlidirlər və başa düşməlidirlər ki onların indiki dövləti belə Azərbaycan torpaqlarıdır.