“ABŞ Rusiya ilə danışıqlar aparmağa hazırdır” – Baydenbackend

“ABŞ Rusiya ilə danışıqlar aparmağa hazırdır” - Bayden

“ABŞ Rusiya ilə Strateji Hücum Silahları-3-ü (RHS-3) əvəz edəcək yeni silahlara nəzarət sistemini müzakirə etməyə hazırdır. Moskva birgə işə hazır olduğunu nümayiş etdirməlidir”.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden BMT-nin Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsində iştirak edən ölkələrin konfransının açılışında deyib.

“Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan RHS-3-ü əvəz etmək üçün yeni silahlara nəzarət sistemi ilə bağlı dərhal danışıqlar aparmağa hazırdır. Rusiya nüvə silahlarına nəzarət üzrə ABŞ-la işi bərpa etməyə hazır olduğunu nümayiş etdirməlidir”, – bəyanatda deyilir.

ABŞ hesab edir ki, yeni silahlara nəzarət sisteminin müzakirəsi Çinin iştirakı ilə aparılmalıdır:

“Çin nüvə silahına malik dövlət kimi, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində və Nüvə beşliyinin üzvü kimi RHS-3-ü əvəz edəcək yeni silahlara nəzarət sisteminin inkişafı üzrə danışıqlarda məsuliyyət daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*