“ABŞ Rusiyanı Ukrayna müharibəsində “batırmaq” istəyir” – Lukaşenkobackend

"ABŞ Rusiyanı Ukrayna müharibəsində “batırmaq” istəyir" - Lukaşenko

ABŞ Rusiyanı Ukrayna müharibəsində “batırmaq” istəyir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib:

“Biz bunu indi görürük. Amerika Birləşmiş Ştatları yaranmış vəziyyətdən istifadə etmək istəyir. ABŞ Rusiyanı Ukrayna müharibəsində batırmaq istəyir” – Belarus prezidenti vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, ABŞ həm Rusiya, həm də Çinin dünya səhnəsində rolunu azaltmağı planlaşdırır. Bu, onların məqsədidir.

Lukaşenko əlavə edib ki, Kiyevin danışıqlara maraq göstərməməsi ABŞ-ın maraqları ilə bağlıdır.

Belarus prezidenti həmçinin bildirib ki, ABŞ-dan Zelenskiyə bir zəng Ukraynadakı hərbi əməliyyatları dayandıra bilər.

ABŞ-ın Baş Qərargah rəisi Milley isə Çin və Rusiyanı dünya nizamını əsaslı şəkildə dəyişməyə çalışan “qlobal güclər” adlandırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*