ABŞ Rusiyaya qarşı sanksiyaları LƏĞV EDƏCƏK? – Levit açıqladıbackend

ABŞ Rusiyaya qarşı sanksiyaları LƏĞV EDƏCƏK? - Levit açıqladı

ABŞ prezident administrasiyasında sanksiya rejimi ilə bağlı məsələ hazırda müzakirə mərhələsindədir.

KONKRET.az xəbər verir ki,bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Jurnalistlər Levittdən ABŞ prezidenti Donald Trampın bəzi ölkələr üçün neft sanksiyalarının mümkün ləğvi ilə bağlı açıqlamasına münasibət soruşublar. Xüsusilə, məhdudiyyətlərin yumşaldılmasının Rusiya və Venesuelaya şamil edilə biləcəyi və bununla bağlı qərarın nə vaxt veriləcəyi ilə maraqlanıblar.

Ağ Evin sözçüsü isə qeyd edib ki, məsələ hələlik müzakirə olunur.

“Bildiyimə görə, Maliyyə Nazirliyi və prezidentin enerji üzrə komandası bu mövzunu müzakirə etməyə davam edir. Nəticədə qərar qəbul edilməzdən əvvəl prezidentlə məsləhətləşmə aparılacaq”, – deyə Levitt bildirib.

O, əlavə edib ki, hazırda yeni sanksiyaların tətbiqi və ya mövcud sanksiyaların ləğvi ilə bağlı açıqlaya biləcəyi konkret məlumat yoxdur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*