ABŞ Senatı Ukraynaya yardım olmadan hökumətin maliyyələşdirilməsi planını təsdiqlədibackend

ABŞ Senatı Ukraynaya yardım olmadan hökumətin maliyyələşdirilməsi planını təsdiqlədi

ABŞ Senatı ölkənin federal hökumətinin işini İsrail və Ukraynaya yardım etmədən maliyyələşdirməyə davam etmək planını təsdiq edib.

KONKRET.az xəbər verir ki, müvafiq plan noyabrın 14-də Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Qanun layihəsini ABŞ prezidenti Co Bayden imzalamalıdır.

Bildirilir ki, 2024-cü il yanvarın 19-dək bir sıra dövlət proqramları və idarələrinə, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil təsərrüfatı ilə məşğul olanlara pul ayrılması davam edəcək.

Eyni zamanda, digər şöbə və proqramların işinin maliyyələşdirilməsinin gələn il fevralın 2-dək uzadılması təklif edilir. Sənəddə Ukrayna və İsrailə vəsait ayrılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-dan böyük yardımın olmamasının Ukraynanın müdafiə qabiliyyətinə təsir edəcəyini bildirmişdi.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*