Rusiya müharibənin 1668-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 239 109 PUA-sı, 672 zenit-raket kompleksi, 30 944 tank və digər zirehli texnikası, 1 778 reaktiv yaylım atəş sistemi, 36 483 artilleriya və minaatanı, 72 194 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
