“Turan Tovuz”un qapıçısı millimizə qarşı oynaya bilərbackend

"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər

“Turan Tovuz” futbol klubunun çərçivə qoruyucusu Oleq Baklov Tacikistan yığmasına dəvət alıb.

KONKRET.az xəbər verir ki, 31 yaşlı qolkiper Çin, Fələstin və eləcə də Azərbaycan milli komandası ilə keçiriləcək yoxlama görüşlərində əsas yığmanın tərkibində yer alıb.

Bununla da onun yığmamıza qarşı baş tutacaq qarşılaşmada meydanda rəqib qismində mübarizə aparmaq ehtimalı yaranıb.

Xatırladaq ki, qapıçı ötən ildən etibarən Tovuz təmsilçisinin şərəfini qoruyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*