ABŞ və Fransa Rusiyaya ATƏT-in Minsk Qrupunun işini bərpa etməyə hazır olduqlarını bəyan etməyiblər – Zaxarovabackend

ABŞ və Fransa Rusiyaya ATƏT-in Minsk Qrupunun işini bərpa etməyə hazır olduqlarını bəyan etməyiblər - Zaxarova

ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya tərəfinə Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyiblər.

KONKRET.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”, – deyə M.Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton və Paris “ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini” faktiki olaraq iflic ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*