Diqqət! Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilirbackend

Diqqət! Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Apple” şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb.

Bildirilib ki, “iOS”, “iPadOS” və “macOS” əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.

Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, “WhatsApp” və “Telegram” hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• “iPhone”, “iPad” və “Mac” cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;

• Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın;

• Avtomatik sistem yeniləmələrini aktiv edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*