ABŞ və İran razılığa gələ bilmədibackend

ABŞ və İran razılığa gələ bilmədi

Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda ABŞ və İran nümayəndə heyətləri birgə hərtərəfli fəaliyyət planı ilə bağlı razılığa gələ bilməyiblər.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mullin deyib.

“İran nümayəndə heyətinin razılaşmaya qayıtmaq istəyini nümayiş etdirəcəyinə ümid var idi, lakin cavab verə bilmədilər, bu fürsət əldən verildi. Hesab edirik ki, İran hələ ölkənin sazişin uzadılmasında maraqlı olub-olmaması ilə bağlı fundamental qərar qəbul etməyib, lakin onlar bu məsələni həll etməlidirlər, çünki bir gün razılaşma keçmişdə qala bilər”, – deyə Malli bildirib.

Amerikanın xüsusi nümayəndəsi onu da qeyd edib ki, İran nüvə silahının yaradılması üçün lazım olan materialı əldə etməyə xeyli yaxındır. Onun fikrincə, bu, ABŞ və tərəfdaşlarının narahatlığına səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*