ABŞ və İsrail TƏŞVİŞDƏ: İran atəşkəsdən istifadə etməyə başladıbackend

ABŞ və İsrail TƏŞVİŞDƏ: İran atəşkəsdən istifadə etməyə başladı

İran atəşkəsdən istifadə edərək ABŞ və İsrailin hava zərbələri nəticəsində dağıdılmış yeraltı raket anbarlarının girişlərini qazaraq açmağa çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə və peyk görüntülərinə istinadən xəbər yayıb.

Məlumata görə, işlər Xomeyn şəhəri yaxınlığında və Təbrizin cənubunda yerləşən hərbi bazalarda aparılır.

Telekanal bildirir ki, İran hərbçiləri uçqunlar nəticəsində yeraltında qalmış ola biləcək raketlərə və buraxılış qurğularına çıxış əldə etməyə çalışırlar. ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, raket qurğularının təxminən yarısı salamat qalıb.

Texnikanın bir hissəsinin yeraltı komplekslərdə saxlanıldığı, lakin girişlərin zərbələr nəticəsində zədələndiyi ehtimal olunur.

CNN qeyd edir ki, bu məlumatlar həm mənbələr, həm də peyk görüntüləri ilə təsdiqlənir. Kadrlarda tunellərin girişlərindəki dağıntıların xüsusi texnika vasitəsilə təmizləndiyi görünür.

Telekanalın məlumatına görə, ABŞ və İsrail əməliyyat zamanı əsasən məhz yeraltı obyektlərin girişlərini hədəf alıb. Məqsəd İranın mobil raket qurğularının mövqelərə çıxmasının, ballistik raket buraxmasının və daha sonra gizlənərək yenidən yüklənməsinin qarşısını almaq olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*