Abşeronda avtoxuliqanlıq edən sürücü qəza törətdi – Xəsarət alanlar varbackend

Abşeronda avtoxuliqanlıq edən sürücü qəza törətdi - Xəsarət alanlar var

Xırdalan şəhərində üç avtomobil qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində baş verib.

“Tofaş” markalı nəqliyyat vasitəsini idarə edən sürücü manevr qaydalarını pozaraq prospektdən Zərifə Əliyeva küçəsinə daxil olub. Bu zaman onun maşını yol kənarında dayanan “Toyota” markalı avtomobilə çırpılıb.

Daha sonra “Tofaş” əks yolda olan digər “Toyota”ya çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb./apa

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*