Abşeronda əməliyyat: “Kalaşnikov”, “TT”, patronlar aşkar edildibackend

Abşeronda əməliyyat: “Kalaşnikov”, “TT”, patronlar aşkar edildi

Abşeron rayonunda ümumən 1710 cinayət faktı aşkar olunub.

KONKRET.az xəbər verir ki, Hökməli qəsəbəsində əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib.

Mehdiabadda Fərman Muradovdan da 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron götürülüb.

Novxanı qəsəbəsində 1 ədəd “TT” markalı tapança,  8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib.

Digər əməliyyat zamanı  Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, “isti izlərlə” cinayətin açılması üzrə 30,  narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*