Acun Ilıcalının ayaqqabısının qiyməti sosial mediada müzakirə yaratdıbackend

Acun Ilıcalının ayaqqabısının qiyməti sosial mediada müzakirə yaratdı

Məşhur televiziya aparıcısı və iş adamı Acun Ilıcalı bu dəfə geyim tərzi və seçdiyi brendlə gündəmə gəlib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusilə sadə və tünd rəngli geyimləri ilə tanınan Ilıcalının son paylaşımındakı ayaqqabısının qiyməti sosial media istifadəçilərinin diqqətindən qaçmayıb.

Hər zaman rahat geyimlərə üstünlük verən məşhur prodüserin ayağındakı lüks brendə məxsus idman ayaqqabısının qiymətinin yüksək olması müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə ayaqqabının qiymətini öyrənən izləyicilər müxtəlif rəylər bildiriblər. 

Məlum olub ki, Acun Ilıcalının geyindiyi dünyaca məşhur brendə aid ayaqqabının qiyməti minlərlə dollar dəyərindədir. Sosial media istifadəçilərinin bir qismi bu məbləğin sadə bir idman ayaqqabısı üçün həddindən artıq yüksək olduğunu bildirərək qiyməti tənqid edib.

Digər bir qisim isə Ilıcalının böyük bir media imperiyasına və futbol klubuna sahib olduğunu vurğulayaraq, bu cür qiymətlərin onun büdcəsi üçün normal olduğunu müdafiə edib.\\yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*