Müğənni Afət Fərmanqızı ilə həmkarı Nazənin arasında qalmaqal yaşanıb.
KONKRET.az xəbər verir ki, Afət Fərmanqızı sosial media hesabında canlı yayım açaraq Nazəninin ünvanına nalayiq sözlər işlədib.
A.Fərmanqızı bildirib ki, Nazənin onu xaricdə yaşayan azərbaycanlılara söydürür:
“Mən burdan Daxili İşlər Nazirliyinə müraciət edirəm. Bizi xaricdə yaşayanlara söydürənləri araşdırmağı xahiş edirəm. Bizdən pullar tələb olunur, verməyəndə bizi şantaj edirlər. Manaf Ağayevlə həmin xanım müğənni düşmən idi. Mən Manafla barışan kimi həmin axşam məni söydürdü. Fikir vermədim. Sonra həmin xanımı yığdım dedim ki, mən də Manafa görə söyüldüm. O da həmin dəqiqə dedi hə, sənə lazım idi. Həmin sözündən tutdum ki, elə düz fikirləşmişəm. Bu gün məni Manafı evimdə qonaq etdiyim üçün söydürür. Sənin üzünə tüpürüm. Ay özünə xanım deyən alçaq. Sən utanıb ölmürsən? Bunlar sənin balanın qabağına çıxacaq.Yaşın 60-a çatıb, hələ də xaric oxuyursan. Bir dəfə sənə xəbər göndərdim ki, məni heç kimlə səhv salma. Mənə nə deyə biləcəklər. Yuxarıları söydüklərindən deyəcək. Bir qadına nə deyilə bilirsə, onları da dedilər. Ay xanım, qardaşların həbsdə narkotiklə məşğuldur, atan falçılıqla məşğuldur, oğlun narkoman. Özün də başqasının ərini evə salmısan. Mən ən ucuz qiymətə toylara gedib əziyyətlə işimi görürəm. Bizi söydürən sənsən hamımız bilirik. Biz boğaza yığılmışıq. Şərəfsiz, özünə yığıl. Hamı bilir kimdən danışıram. Baş hərfi N-dir, ayaqları əyri, yaşı da 60-a çatır”.
